Ağstafada axşam reydi keçirilib

Ağstafada axşam reydi keçirilib
  21 Avqust 2020    Oxunub:2734
Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən karantin rejim qaydalarının təmin olunması istiqamətində Ağstafa rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tədbirləri davam etdirir.
DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan Azvision.az -a verilən məlumata görə, RPŞ-nin əməkdaşlarının keçirdikləri reyd zamanı bəzi iaşə müəssisələrində karantin rejiminin pozulması aşkarlanıb ki, RPŞ-nin əməkdaşları dərhal qanunamüvafiq tədbirlər görüb.

Xüsusilə axşam saatlarında rayon ərazisindəki kafe restoran və çayxanalarda aparılan yoxlamalar zamanı bəzi neqativ hallar aşkarlanıb. Polis əməkdaşları tərəfindən həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə edilib.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti