Quldurluq edən Bayramovlar saxlanıldı

Quldurluq edən Bayramovlar saxlanıldı
  21 Avqust 2020    Oxunub:3310
Ağdaş Rayon Polis Şöbəsinə avqustun 10-da Şıxlı kəndi ərazisində 3 nəfərin Ləki qəsəbə sakini X.Muradxanova zor tətbiq edərək 200 manat pulunu və mobil telefonunu alması barədə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Gəncə şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar - N.Bayramov və A.Bayramov müəyyən edilərək saxlanılıblar.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti