Bakı yollarına “sarı kəsişmə toru” çəkilir

Bakı yollarına “sarı kəsişmə toru” çəkilir
  21 Avqust 2020    Oxunub:3019
Bakı Nəqliyyat Agentliyi tərəfindən yolayrıclarında “sarı kəsişmə tor”unun təşkili davam etdirilir.
Agentlikdən Azvision.az -a bildirilib ki, bu çərçivədə Rəşid Behbudov küçəsinin “28 May” və Dilarə Əliyeva küçələrinin kəsişmələrində yol nişanlanma işləri həyata keçirilib. Məqsəd yol kəsişmələrində nəqliyyat vasitələrinin tıxanmasının və yollarda nəqliyyat sıxlığının qarşısını almaq, yol hərəkəti təhlükəsizliyi səviyyəsini artırmaqdır.

Ötən il ərzində Bakı şəhərinin problemli 15 yol kəsişməsində “sarı kəsişmə toru” təşkil edilib. Ümumilikdə isə 74 yol kəsişməsində sarı torların təşkili nəzərdə tutulub. Bu axşam daha iki yolayrıcında - Puşkin küçəsinin Nizami və Xaqani küçələri ilə kəsişmələrində sarı kəsişmə torunun təşkili işləri icra ediləcək.

Azvision.az


Teqlər: BNA  





Xəbər lenti