DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan
Azvision.az -a verilən məlumata görə, Tərtər RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə rayon sakini Sərxan İsgəndərovun icarə əsasında işlətdiyi Tərtər rayonunun Təzəkənd kəndi ərazisindəki avtoyuma məntəqəsindəki avtomobildən qızıl-zinət əşyaları oğurladığı müəyyən edilib.
S. İsgəndərov şübhəli şəxs qismində saxlanılaraq istintaqa cəlb edilib. Oğurlanmış qızıl əşyalarının yeri aşkar edilərək maddi sübüt kimi götürülüb.
Faktla bağlı Tərtər RPŞ-də araşdırmalar davam etdirilir.
Azvision.az