BNA-dan
Azvision.az -a verilən məlumata görə, agentlik tərəfindən küçə və prospektlərdə yerləşən nizamlanmayan piyada keçidlərində sarı döyünən işıq lampalarının quraşdırılması işlərinə start verilib. Məqsəd günün xüsusən qaranlıq və toran saatlarında sürücülərin daha diqqətli olmasını və piyada keçidlərini öncədən görməsini təmin etməkdir.
İlkin mərhələdə 100 ədəd nizamlanmayan piyada keçidinə bu cür lampaların quraşdırılması nəzərdə tutulub. Artıq M.Mehdizadə və S.Orucov küçələrində quraşdırma işləri yekunlaşdırılıb.
Azvision.az