Sanitar qaydaları pozan şəxs cərimələndi
Belə ki, avqustun 25-də keçirilən reyd zamanı paytaxtın Suraxanı rayonu Kərpic Zavodu ərazisində bərk tullantıların “Kamaz” markalı yük avtomobili ilə boşaldılması faktı aşkar edilib. Bakı şəhər sakini N.Yaqubov İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduğuna görə barəsində protokol tərtib olunaraq ona 600 manat məbləğində inzibati cərimə tətbiq edilib.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
Azvision.az