Tibbi-Elmi Komitənin növbəti iclası keçirilib

Tibbi-Elmi Komitənin növbəti iclası keçirilib
  27 Avqust 2020    Oxunub:3033
Bu gün TƏBİB-in İdarə Heyəti yanında “Covid-19 virus infeksiyası ilə bağlı preventiv tədbirlərin və yeniliklərin öyrənilməsi ilə bağlı Tibbi-Elmi Komitə”nin növbəti iclası keçirilib.
TƏBİB-dən Azvision.az -a verilən məlumata görə, onlayn formatda keçirilən iclasda TƏBİB-in İdarə heyətinin sədri Ramin Bayramlı, TƏBİB-in Tibbi xidmətlər departamentinin müdiri Firəngiz Əliyeva, Komitənin sədri, ATU-nun Tibbi mikrobiologiya və immunologiya kafedrasının professoru, t.e.d. Akif Qurbanov və üzvlər iştirak edib. İclasda koronavirus pandemiyası ilə bağlı ölkəmizdəki vəziyyət, “COVID-19 virusuna qarşı endogen müdafiə resurslarına əsaslanan müalicə üsulunun işlənilməsi” adlı qrant layihəsi, COVID-19 pnevmoniyasının patogenetik müalicəsinə yeni yanaşmalar və s. mövzularda müzakirələr aparılıb.

Sonda Azərbaycanda COVID-19 vaksininin tətbiqi strategiyası haqqında Tibbi-Elmi Komitənin təklifləri dinlənilib.

Azvision.az


Teqlər: TƏBİB   Tibb   Elmi   Komitə  





Xəbər lenti