“Hollywood” restoranının icarədarı həbs edildi - FOTO

 “Hollywood” restoranının icarədarı həbs edildi -  FOTO
  28 Avqust 2020    Oxunub:9949
Ölkədə tətbiq olunan karantin rejimi qaydalarına zidd olaraq paytaxt ərazisində yerləşən “Hollywood” restoranında məclis təşkil edilməsi ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər Daxili İşlər Nazirliyi tərəfindən nəzarətə götürülüb.
Bakı Şəhər Baş Polis İdarəsindən Azvision.az -a verilən məlumata görə, aparılan araşdırmalarla 5 nəfərlik məclisin adıçəkilən restoranda deyil, Nəsimi rayonundakı ofisdə onun icarədarı tərəfindən təşkil edildiyi məlum olub. Məclisin təşkilatçısı və iştirakçıları müəyyən edilərək barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb.

Belə ki, ofisin icarədarı İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 10 sutka həbs edilmiş, digər 4 nəfər isə 400 manat cərimə olunub.




Azvision.az



Teqlər: BŞBPİ  





Xəbər lenti