Faktiki hava şəraiti açıqlandı

Faktiki hava şəraiti açıqlandı
  29 Avqust 2020    Oxunub:4051
Azərbaycanda müşahidə olunan faktiki hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Azvision.az -a bildirilib ki, avqustun 29-u saat 18:00-a olan məlumatına əsasən, Sumqayıt, Bakı, Oğuz, Xaçmaz, Qusar, Yevlax, Zərdab, Kişçay (Şəki), Sarıbaş (Qax), Şahdağda arabir yağış yağıb.

Şimal-qərb küləyi arabir Neftçalada 20 m/s, Biləsuvarda 19 m/s, Salyanda 18 m/s, Bakı, Qum adasında 23 m/s, Ələtdə 20 m/s, Binədə 19 m/s, Neft Daşlarında 16 m/s, Çilov adasında 15 m/s-dək güclənib.

Neft daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.5 metrə çatıb.

Azvision.az


Teqlər: ETSN   Hava  





Xəbər lenti