Prospektdə tıxac yarandı

Prospektdə tıxac yarandı
  29 Avqust 2020    Oxunub:4254
Hazırda Ziya Bünyadov prospektində (20 Yanvar dairəsi istiqamətində) nasaz avtomobil dayandığından nəqliyyat vasitələrinin hərəkətində sıxlığı müşahidə edilir.
Azvision.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat yayıb.

"Son vaxtlar yollarda bu kimi hallara tez-tez rast gəlindiyindən sürücülərdən xahiş edirik ki, yola çıxmazdan əvvəl avtomobilin texniki sazlığını bir daha nəzərdən keçirsinlər.

Qeyd edək ki, xüsusi ilə hərəkıtin intensiv olduğu yolda bir avtomobilin nasaz vəziyyətdə qalması ümumilikdə hərəkəti çətinləşdirir. Bundan isə daha çox ictimai nəqliyyat istifadəçiləri əziyyət çəkir", - deyə BNA rəsmisi bildirib.

Azvision.az


Teqlər: BNA  





Xəbər lenti