DİN-in Mətbuat Xidmətinin Lənkəran rayonunda regional qrupundan
Azvision.az -a verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində xidmət aparan zaman dini məclislərin keçirilməməsi ilə əlaqədar edilən xəbərdarlıqlara baxmayaraq, bir qrup şəxsin rayonun Velədi kəndi ərazisində "Aşura" mərasimini keçirməyə cəhd etməsini aşkarlayıblar.
Şöbə əməkdaşları tərəfindən mərasimin keçirilməsinin qarşısı alınıb və orada olan 18 nəfər şöbəyə gətirilib.
Onlarla izahedici söhbətlər aparılıb. Karantin qaydalarını pozan həmin şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb.
Azvision.az