Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən
Azvision.az -a verilən məlumata görə, Şamaxı Rayon Polis Şöbəsinə (RPŞ) avqustun 24-də saat 3 radələrində, şəhər sakini P.Niyazovun evinə girən bir nəfərin onu və arvadını bıçaqla hədələyib pul tələb etməsi, döyməsi və arvadının çənə nahiyəsinə bıçaqla xəsarət yetirərək 2 ədəd mobil telefon aparması barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Şamaxı şəhər sakinləri, əvvəllər məhkum olunmuş E.Heybətov, P.Həmidov və V.Pənahov saxlanılıblar.
Azvision.az