Şəmkirdə narkotik yetişdirən şəxs saxlanılıb
Həyətyanı sahəyə baxış zamanı oradan 8 ədəd çətənə kolu aşkar olunub. Bundan başqa RPŞ-də E. Qarayevin üzərinə keçirilən baxış zamanı 14.609 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülüb.
Götürülmüş maddi sübutlar bioloji ekspertizaya təqdim olunub. Dindirilmə zamanı saxlanılan şəxs çətənə kollarını özü şəxsi istifadə məqsədi ilə becərdiyini bildirib.
Azvision.az