Naxçıvanda məktəbli yarmarkası keçirilir - FOTO
Ənənəvi məktəbli yarmarkası yeni tədris ili ərəfəsində müəllim və şagirdlərin məktəbli ləvazimatlarına olan ehtiyaclarını daha asan, rahat şəkildə təmin etmək məqsədilə təşkil olunub.
Yarmarkanın açılışı münasibətilə keçirilən tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov, İqtisadiyyat naziri Tapdıq Əliyev və Təhsil naziri Rəhman Məmmədov çıxış ediblər. Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən Naxçıvan şəhərində və rayonlarda ənənəvi məktəbli yarmarkaları fəaliyyətə başlayır. Belə yarmarkalar yeni tədris ili ərəfəsində şagirdlərin məktəbli geyimlərinə və dərs ləvazimatlarına olan tələbatlarının daha asan şəkildə təmin edilməsində mühüm rol oynayır.
Bu ildə təşkil olunan bu yarmarkada 3-ü istehsal müəssisəsi olmaqla, 24 sahibkarlıq subyekti iştirak edir. Sonra yarmarkaya gələnlər satışa çıxarılan məhsullarla tanış olublar.
Qeyd edək ki, məktəbli yarmarkası muxtar respublikanın bütün rayonlarında təşkil olunur. Yarmarka sentyabr ayının 14-dək, saat 9:00-dan 14:00-a kimi əhaliyə xidmət göstərəcək. Əvvəlki illərdən fərqli olaraq bu il məktəbli kitabçası yerli istehsal hesabına satışa çıxarılıb.
Azvision.az
Teqlər: Naxçıvan Məktəbli Yarmarka