Naxçıvanda 15 ildə 70 minə yaxın iş yeri açılıb

   Naxçıvanda 15 ildə 70 minə yaxın iş yeri açılıb
  02 Sentyabr 2020    Oxunub:3243
2020-ci ilin ilk yarımilində 638, ümumilikdə, 2005-ci ildən 1 iyul 2020-ci il tarixədək muxtar respublikada 69 min 895 yeni iş yeri açılıb.
Azvision.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatında qeyd olunub.

Bildirilib ki, iş yerlərinin 44,5 faizi Naxçıvan şəhərində, 14,7 faizi Şərur, 12,4 faizi Babək, 7,1 faizi Ordubad, 8,4 faizi Culfa, 5,6 faizi Kəngərli, 4,8 faizi Şahbuz, 2,5 faizi Sədərək rayonlarında qeydə alınıb.

Aparılmış məqsədyönlü tədbirlərin nəticəsi olaraq muxtar respublikada məşğul əhalinin sayı 2005-ci ilin sonu ilə müqayisədə 1,4 dəfə artaraq 1 iyul 2020-ci il tarixə 249,6 min nəfərə çatıb.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Naxçıvan   Məşğulluq   İş  





Xəbər lenti