Soyğunçuluq edən şəxslər ələ keçdi

Soyğunçuluq edən şəxslər ələ keçdi
  02 Sentyabr 2020    Oxunub:3468
Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini F.Cəlilov avqustun 31-də saat 21 radələrində rayon ərazisində 2 nəfərin onun mobil telefonunu açıq talama yolu ilə aldığını bildirib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Neftçala rayon sakini A.Əliyev və Xocalı şəhər sakini T.Səfərov müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıblar.

Azvision.az




Teqlər: Bakı   Telefon   Soyğunçuluq  





Xəbər lenti