14 koronavirus xəstəsi süni tənəffüs cihazına qoşulub

   14 koronavirus xəstəsi süni tənəffüs cihazına qoşulub
  02 Sentyabr 2020    Oxunub:4544
Hazırda Azərbaycanda aktiv koronavirus xəstələrinin sayı 2078 nəfərdir.
TƏBİB-dən Azvision.az -a verilən məlumata görə, reanimasiyada olan xəstələrin sayı 136, süni tənəffüs cihazında olan xəstələrin sayı isə 14-dür.

Qeyd edək ki, Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 154 yeni yoluxma faktı qeydə alınıb, 139 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 36 732 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 34 116 nəfər müalicə olunaraq sağalıb, 538 nəfər vəfat edib, aktiv xəstə sayı 2 078 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 730, ötən müddət ərzində isə ümumilikdə 935 396 test aparılıb.

Azvision.az


Teqlər: TƏBİB   Koronavirus  





Xəbər lenti