Qlobal istiləşmə virusları daha dayanıqlı edəcək
Komanda günəş işığı imitasiyası ilə və ya ondan istifadə etmədən nümunələri göl suyunda kolbalarda 10 və 30 dərəcə temperaturda inkubasiya edərək, insanın enterovirusunun dörd müxtəlif populyasını yaradıb.
Sonra tədqiqatçılar günəş işığını və bakteriyaların mövcudluğunu imitasiya edərək virusları istinin təsirinə məruz qoyublar. Alimlər müəyyən ediblər ki, ilıq suya uyğunlaşdırılan viruslar soyuq suya uyğunlaşdıralan vurislarla müqayisədə istidə fəallığını itirməyə daha dayanıqlıdırlar.
İsti suya uyğunlaşdırılan viruslar sərin suya yerləşdirilərkən soyuq suya uyğunlaşdırılan ştammlara nisbətən daha uzun müddət fəal qalıblar. Bundan başqa onlar xlorun təsirinə daha dözümlü olublar. (AzərTAc)
Azvision.az