İtkin düşən uşağın meyiti tapıldı

   İtkin düşən uşağın meyiti tapıldı
  05 Sentyabr 2020    Oxunub:4993
02.09.2029-ci il tarixdə Sumqayıt şəhəri ərazisində naməlum şəraitdə itkin düşən 2010-cu il təvəllüdlü Davudov Yusif Bəhlul oğlunun axtarışları başa çatıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, Y.Davudovun meyiti Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən Ceyranbatan su anbarında aşkarlanıb və çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Yusif Davudovun itkin düşməsi ilə bağlı məlumat daxil olduqdan dərhal sonra FHN-nin Sumqayıt Regional Mərkəzinin xilasetmə qrupu uşağın itkin düşdüyü ehtimal olunan əraziyə cəlb olunaraq axtarışlara başlayıb. Y.Davudovun Samur-Abşeron kanalına düşməsinə əsaslı şübhələr yarandığından axtarışlar onun itkin düşdüyü ehtimal olunan əraziyə yaxın su hövzələrində (Samur-Abşeron kanalı və Ceyranbatan su anbarı) davam etdirilib.

Azvision.az


Teqlər: FHN   Axtarış   İtkin   Meyit  





Xəbər lenti