Naxçıvanda səhiyyə işçiləri üçün əmək yarmarkası keçiriləcək

Naxçıvanda səhiyyə işçiləri üçün əmək yarmarkası keçiriləcək
  09 Sentyabr 2020    Oxunub:3179
Naxçıvan Muxtar Respublikasında səhiyyə işçiləri üçün əmək yarmarkası keçiriləcək.
Azvision.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, əmək yarmarkası vakant həkim və orta tibb işçisi yerləri üzrə təşkil olunacaq.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən yarmarka sentyabrın 17-si saat 10:00-da Səhiyyə Nazirliyinin inzibati binasında baş tutacaq

Qeyd edək ki, yarmarkada iş axtaran ali və orta tibb təhsilli məzunların iştirakı məqsədəuyğundur.

Azvision.az


Teqlər: Naxçıvan   Səhiyyə  





Xəbər lenti