Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən
Azvision.az -a verilən məlumata görə, rayonun müxtəlif ərazilərində fəaliyyət göstərən ictimai iaşə obyektlərində, o cümlədən topdan satış mağazalarında, yeməkxanalarda, ərzaq mağazalarında, ticarət obyektlərində və geyim mağazalarında gənclər tərəfindən keçirilən reydlər zamanı sahibkarlarla və vətəndaşlarla fərdi söhbətlər aparılır. Onlara Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyənləşdirilmiş qaydalara və tələblərə daha ciddi əməl edilmənin vacibliyi izah olunur.
Gənclər tərəfindən aparılan söhbətlər zamanı tibbi maskalardan və dezinfeksiya məhlullarından mütləq şəkildə istifadənin, eləcə də fiziki məsafənin saxlanılmasının vacibliyi vurğulanıb.
Reydlər zamanı sakinlərdən özlərinin və ətraflarının sağlamlığı üçün qaydalara əməl etmələri bir daha xahiş olunub.
Azvision.az