Biləsuvarda əməliyyat keçirildi - Saxlanılanlar var

Biləsuvarda əməliyyat keçirildi -  Saxlanılanlar var
  10 Sentyabr 2020    Oxunub:3125
Daxili işlər orqanlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini qətiyyətlə həyata keçirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a bidirilib ki, Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə şəhər sakini R.Abbasovun idarə etdiyi “Hyundai” markalı avtomobilə baxış keçirilib.

Nəqliyyat vasitəsindən 1 kiloqram 105 qram heroin aşkarlanaraq götürülüb. Sürücü və sərnişinləri - Bakı şəhər sakini E.Şərifov və Neftçala rayon sakini H.Zeynalov polis əməkdaşları tərəfindən saxlanılıblar.

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini İ.Cahangirov tutulub. Şəxsi axtarış zamanı ondan 472 qram marixuana götürülüb.

Faktlarla əlaqədar təhqiqat davam edir.

Azvision.az


Teqlər: DİN   Narkotik  





Xəbər lenti