Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Gəncə şəhərinin Nizami rayonunda ağırçəkili 1 nəfərin yaşadığı mənzildə çarpayıdan yıxılaraq köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, çağırış ünvanına cəlb olunan Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri tərəfindən vətəndaşa müvafiq köməklik göstərilib.