DYP Qaradağdakı qəza ilə bağlı məlumat yaydı
Qəza nəticəsində Tovuz rayonu ərazisində sərnişin qismində avtomobilə minib, şəxsiyyəti hələlik müəyyən edilməyən 45-50 yaşalrında bir kişi həlak olub, 5 nəfər isə xəsarət alıb.
"Son günlər respublikanın rayonlararası avtomobil yollarında sərnişin oturacaqlarının sayı 7-8 nəfər olan minik avtomobillərinin hərəkət intensivliyində artım müşahidə olunduğunu nəzərə alaraq, analoji hadisələrin təkrarlanmaması məqsədilə DİN Baş DYP İdarəsi hərəkət iştirakçılarından, xüsusilə ölkənin müxtəlif şəhər və rayonlarına getmək üçün taksi xidmətlərindən istifadə etmək məcburiyyətində qalan sərnişinlərdən xahiş edir ki, öz təhlükəsizliklərinin təmin olunması üçün qanunsuz fəaliyyət göstərən taksi xidmətlərindən istifadə etməklə və ya tanımadıqları sürücülərlə gecə saatlarınada uzaq məsafəli səfərlərə çıxmasınlar. Çünki həmin nəqliyyat vasitələrini idarə edən sürücülərin iş və istirahət rejiminə hər hansı təşkilat, yaxud şirkət tərəfindən nəzarət edilmədiyinə görə daşımanın təhlükəsiz olacağına heç bir təminat verilmir"-deyə, məlumatda qeyd olunub.
Azvision.az