Bakıda Avropa Oyunlarının başlamasına 500 gün qaldı

Bakıda Avropa Oyunlarının başlamasına 500 gün qaldı
  28 Yanvar 2014    Oxunub:1390
Bakıda keçiriləcək Avropa Oyunlarının açılışı mərasiminə artıq 500 gün qalıb. Təşkilatçılar bu gün bildirdilər ki, hazırlıq işləri bütün Avropa xalqlarını birləşdirəcək əzəmətli idman festivalı keçirməyə hədəflənib.

Gələn il Bakıda keçiriləcək Avropa Oyunları Avropa Olimpiya Komitəsi tərəfindən Olimpiya dövlətləri və Avropalı idmançılar üçün böyük, ümümqitə, çoxnövlü idman tədbirinin keçirilməsini nəzərdə tutan, çoxdan gözlənilən cəhdinin həyata keçirilməsi olacaq.

Bu həftədən başlayaraq, Bakı 2015 təşkilatçıları 2015 Bakı Avropa Oyunlarında iştirak edəcək 49 Avropa Milli Olimpiya Komitələrinə idman növlərinin kvalifikasiyası haqqında məlumatı göndərməyə başlayacaqlar.

Təşkilatçılar həmçinin, bəyan ediblər ki, Bakı 2015 Oyunlarının yarış proqramında yeddi idman növündən az olmamaq şərtilə Oyunlardan 2016-cı il Rio-de-Janeyroda Olimpiya Oyunları üçün kvalifikasiya platforması qismində istifadə ediləcək. Bura velosiped idman növü, güllə atıcılığı, üzgüçülük, stolüstü tennis, taekvando, triatlon və voleybol (çimərlik) daxildir. Bakı 2015-in başqa idman növləri də Olimpiya kvalifikasiya siyahısına əlavə edilə bilər.

İlk Avropa Oyunlarının proqramında hazırda 18 idman növü var və 5400-dən artıq idmançının iştirakı gözlənilir.

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) yüksək rütbəli üzvü və Avropa Olimpiya Komitəsinin prezidenti Pətrik Hiki (Patrik Hickey) qeyd edib ki, Bakı şəhəri gələn il keçiriləcək Avropa Oyunları çərçivəsində yüksək səviyyəli idman yarışının təşkili üçün çox əlverişli vəziyyətə malikdir.

Azərbaycanın gənclər və idman naziri, eyni zamanda Bakı 2015 Əməliyyat Komitəsinin Baş icraçı direktoru olan Azad Rəhimov bildirib ki, hər ötən gün Bakıda keçiriləcək ilk Avropa Oyunlarının daha diqqətlə təşkili məsuliyyətini və şərəfini artırır və vurğulayıb ki, Oyunlar üçün yeni infrastruktur və iş yolları uzunmüddətli mirası təmin etməklə ev sahibliyi edəcək şəhərin və ölkənin görünüşünü tamamilə dəyişəcək.

"Oyunlar üçün böyük həcmli tikinti layihələri bizim şəhərlərimiz, cəmiyyətimiz və gənclərimiz üçün onlardan onilliklər boyu faydalanmağa imkan verəcək - yeni hava limanı və nəqliyyat sektorunda metropoliten və avtobus sahəsində 13 mühüm təkmilləşdirmə layihəsi, habelə yeni beynəlxalq standartlarına uyğun idman arenaların açılması daha çox gənci idmanla məşqul olmağa həvəsləndirəcək və Avropada yeni idman məkanının meydana çıxmasını təmin edəcək", - nazir deyib.

Təşkilatçılar bildiriblər ki, Oyunlar üçün yerlərin inşası əsas hədəfdir, o cümlədən, İdmançılar Kəndi artıq elit idmançılar üçün ən yaxşı yerləşmə və hazırlıq yerlərindən biri kimi nəzərdən keçirilir və bəzi sahələr artıq bu il sınaq tədbirləri üçün hazır olacaq.

Bakı 2015 ilk Avropa Oyunları ilə bağlı məlumatları www.baku2015.com saytında tapmaq olar.
Həmçinin:
www.facebook.com/baku2015
www.youtube.com/baku2015
www.twitter.com/BakuGames2015
www.google.com/+Baku2015


Teqlər:  





Xəbər lenti