5 yaşayış məntəqəsini birləşdirən yol yenidən qurulur

5 yaşayış məntəqəsini birləşdirən yol yenidən qurulur
  14 Sentyabr 2020    Oxunub:3244
Ölkə başçısının 30 iyul 2020-ci il tarixli Sərəncamına əsasən, 3 min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən və Qaraməryəm–İsmayıllı–Şəki avtomobil yolunun 134-cü km-də başlanğıcını götürən Şirinbulaq marşrutu üzrə kəndləri əhatə edən avtomobil yollarının yenidən qurulması istiqamətində genişmiqyaslı tikinti işləri həyata keçirilir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Azvision.az -a verilən məlumata görə, Şəki rayonu Aşağı Kəldək, Aşağı Daşağıl, Aydınbulaq, Əliyar, Şirinbulaq, Çolaqlı kəndlərini əhatə edən avtomobil yollarının uzunluğu 28.1 km təşkil edir.

Bu respublika əhəmiyyətli Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 134-cü km-də ayrılan və 18 km uzunluğa malik Aydınbulaq avtomobil yolu, həmçinin başlanğıcını Aydınbulaq yolundan götürən və 10.1 km olan Aşağı Kəldək, Aşağı Daşağıl, Şirinbulaq və Çolaqlı kəndlərinin yollarıdır.



IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulan yolların ümumi eni 10 metr təşkil edəcək. 2 hərəkət zolaqlı olmaqla yolun hərəkət hissənin eni isə 6 metr, hər bir istiqamət üzrə çiyin hissələrin eni isə 2 metr olacaq.

Yenidənqurma işlərinin əhatə etdiyi ərazinin sahəsi 300 min kv.m-ə yaxındır.

“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən daha sonra yol əsasın alt layının qum-çınqıl, üst layının isə optimal çınqıl qarışığı ilə salınması, çiyin hissələrin eyni materialla bərkidilməsi işləri görülür. Yol əsası hazır olan hissələr isə əlaqələndirici bitum səpilməklə 12 sm hündürlükdə iri və xırda dənəli olmaqla 2 laydan ibarət yeni asfalt-beton örtüyü ilə döşənir.

Yollar boyu müxtəlif diametrlərə malik azbest, metal və dəmir-beton boruların sökülərək çıxarılması, əvəzinə 54 yeni metal və dəmir-beton suötürücü boruların quraşdırılması, boru başlıqlarının dəmir-betonla təmiri, 2 yerdə dördbucaqlı su keçidinin inşası də layihə üzrə yerinə yetirilən işlərdəndir.



Layihənin sonuncu mərhələsində zəruri olan yerlərdə avtobus dayanacaqları və əyrixətli dəmir tirlərin, hərəkətin normal təşkil üçünsə yol nişanlarının, siqnal dirəklərinin və km göstəricicilərinin quraşdırılması, yolcizgi və yolgöstərici xətlərinin çəkilməsi nəzərdə tutulur.

Sözügedən yolların yenidən qurulması ilə 5 yaşayış məntəqəsinin 3 mindən artıq əhalisinin istər Şəki şəhər mərkəzinə, istərsə də Yevlax-Zaqatala-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxış əldə etməklə qonşu rayonlara gediş-gəlişi xeyli rahatlaşacaq, yük və sərnişin daşıması asanlaşacaq. biləcək amildir.



Azvision.az


Teqlər: AAYDA   Yol   Təmir  





Xəbər lenti