Biləsuvar və Qəbələ sakinlərindən silah götürülüb

Biləsuvar və Qəbələ sakinlərindən silah götürülüb
  14 Sentyabr 2020    Oxunub:2412
Biləsuvar Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşları tərəfindən sentyabrın 11-də Mahmudçala adlanan ərazidə qanunsuz ov edən B.Teymurov saxlanılıb və ondan müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngi götürülüb.
Bu barədə Azvision.az -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bundan başqa, Qəbələ RPŞ əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Şərifovdan müvafiq sənədləri olmayan “TOZ-16” və “TOZ-32” markalı tüfənglər, 16 ədəd patron, 1 ədəd patron kəməri və 4 ədəd giliz götürülüb.

Azvision.az



Teqlər: DİN   Silah  





Xəbər lenti