Bəzi cərimələr şərti olaraq tətbiq ediləcək

Bəzi cərimələr şərti olaraq tətbiq ediləcək
  14 Sentyabr 2020    Oxunub:2844
Əmək qanunvericiliyinin tələblərinin pozulmasına görə işəgötürənlərə qarşı bəzi cərimələrin şərti olaraq tətbiq edilməsi nəzərdə tutulur.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanan layihədə bununla bağlı təklif yer alıb.

Təklif qəbil edildiyi halda, işəgötürən əmək qanunvericiliyinin tələblərinin pozulması ilə əlaqəli yol verdiyi nöqsanları müəyyən edilmiş müddətdə aradan qaldırmaqla, bəzi cərimələri ödəməkdən azad olacaq.

Təklif mahiyyət etibarilə işəgötürənlərə müvafiq sahədə güzəştli yanaşmanın tətbiqinə, eyni zamanda, əmək qanunvericiliyində nəzərdə tutulan bu və ya digər tələbləri pozduqları halda bu pozuntuları dərhal aradan qaldırmalarını stimullaşdırmağa yönəlib.



Azvision.az


Teqlər: ƏƏSMN   İşəgötürən  





Xəbər lenti