Sabaha olan hava proqnozu
Abşeron çimərliklərində şimal küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 23-24, Türkan, Hövsan, Sahil, Şıxda isə 24-25 dərəcə isti olacaq.
Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 16-21, gündüz 29-34, dağlarda gecə 10-15, gündüz 18-23 dərəcə isti təşkil edəcək.
Tibbi-meteoroloji proqnoza gəlincə, sentyabrın 15-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü bəzi meteohəssas insanlar üçün nisbətən əlverişli olsa da, havada rütubətliliyin normadan bir qədər çox olması insanlarda narahatlıq hissi yarada bilər.
Azvision.az