Qanunsuz balıq ovlayan 12 nəfər cərimələndi

Qanunsuz balıq ovlayan 12 nəfər cərimələndi
  14 Sentyabr 2020    Oxunub:2882
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşlarının keçirdiyi növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizinin Qaradağ rayonu və Sumqayıt şəhərinin sahil sularında, İmişli, Saatlı rayonlarının ərazisindəki göllərdə, Baş Mil-Muğan kollektorunda və Pirsaatçay çayında qanunsuz balıq ovlayan şəxsləri saxlayıb.
Azvision.az xəbər verir ki, bunu Xidmətin rəisi Hikmət Əlizadə deyib. O bildirib ki, həmin şəxslərdən istifadəsi qadağan olunan ov alətləri, müxtəlif növ balıqlar götürülüb:

"Araşdırma zamanı qanun pozucularının Qaradağ rayon sakinləri İmran və Teymur İsayev, Sumqayıt şəhər sakini Əkrəm Əliyev, İmişli rayon sakini Ramal Mirzəyev, Saatlı rayon sakinləri İltizam və Nizamət Məhərrəmov, Asif Yunusov, Samit Nəcəfov, Müslüm Aslanov, Səlimcan Fərəməzov, Fikrət Əliyev və Şamaxı rayon sakini Eyvaz Qənbərov olduğu müəyyən edilib. Faktla bağlı təqsirkarlar barəsində protokol tərtib edilib və onlar ümumilikdə 12 757 manat məbləğində cərimə olunub”.

Azvision.az



Teqlər: ETSN   Ov  





Xəbər lenti