Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən
Azvision.az -a verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini R.Hüseynov sentyabrın 10-da Kimyaçılar qəsəbəsi ərazisində idarə etdiyi “Toyota” markalı avtomobilə sərnişin qismində oturan bir nəfərin onun mobil telefonunu açıq talama yolu ilə aldığını bildirib.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Əliyev müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.
Azvision.az