Küçədə yatan yeniyetmə sığınacaqdan imtina etdi

   Küçədə yatan yeniyetmə sığınacaqdan imtina etdi
  15 Sentyabr 2020    Oxunub:3095
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sosial şəbəkələrdə 16 yaşlı yeniyetmənin çətin həyat şəraitinə məruz qalması, küçələrdə yatması barədə yayılan məlumata münasibət bildirib.
Nazirlikdən Azvision.az -a verilən xəbərə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin nümayəndələri dərhal onunla görüşərək sığınacağa yerləşdirilməsini təklif ediblər:

"Lakin Cavidin (şərti addır) bundan imtina etməsindən sonra həyati önəm daşıyan tibbi problemlərinin, zəruri müalicə və reabilitasiyaya ciddi ehtiyacının olduğunu öyrəndik.

Beləliklə, Bakı şəhər Baş Polis İdarəsi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə əməkdaşlarımız Cavidin (şərti addır) anası ilə də görüşərək razılığını almaqla lazımi müalicə müəssisəsinə yerləşdirdilər. Hazırda müalicə olunur. Əminik o, normal həyata sahib olacaq.

Cavidin taleyinə biganə qalmayıb onun barədə məlumatı paylaşan duyarlı insanlara və onunla bağlı prosesdə iştirak edən qurumların əməkdaşlarına təşəkkür edirik".

Azvision.az


Teqlər: ƏƏSMN   Uşaq  





Xəbər lenti