Klublarımız necə hazırlaşdı?

Klublarımız necə hazırlaşdı?
  28 Yanvar 2014    Oxunub:1370
Uzun müddət qış fasiləsində olan elita təmsilçiləri artıq ölkə çempionatına hazırlıq mərhələsini başa vurmaq ərəfəsindədirlər. Məlum olduğu kimi, bu dəfə də klublarımızın əksəriyyəti ölkə xaricinə üz tutmuşdu. Ölkə hüdudlarından kənara çıxmayan “AZAL” və “Sumqayıt”ı, eləcə də İspaniyada hazırlıq keçən “Bakı”nı nəzərə almasaq, digər bütün elita təmsilçiləri Türkiyənin Antalya şəhərinə yollanmışdılar. Azərbaycandan kənarda olan komandalarımız hazırlıq çərçivəsində ümumilikdə 32 oyun keçirdilər. Bu qarşılaşmalardan 13-də qalib gələn təmsilçilərimiz eyni sayda matçda heç-heçə oynadı. Komandalarımız 6 görüşündə isə məğlubiyyətlə üşləşdi. Ölkə xaricində təlim-məşq toplanışında olan 8 komandamız ümumilikdə 48 qola imza atıbsa, 30 dəfə topu torindan çıxarmalı olub. Onu da xatırladaq ki, hazırlıq dövründə ən çox yoldaşlıq matçına ümumilikdə 6 qarşılaşmada qüvvəsini sınamış “İnter”, ən az oyuna isə hərəyə iki görüş olmaqla “Xəzər Lənkəran” və “Rəvan” çıxıb. Ölkə xaricində hazırlıq keçən digər elita təmsilçilərinə gəlincə, “Neftçi”, “Bakı” və “Qəbələ” beş, “Simurq” dörd, “Qarabağ” isə üç hazırlıq matçı keçirib. Ölkə daxilində təlim-məşq prosesində olan kollektivlər isə yalnız yerli klublarla qarşılaşdı. Məlumat üçün bildirək ki, qış fasiləsi dönəmində AZAL 7, “Sumqayıt” isə 4 görüşdə qüvvəsini sınayıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti