Həkimlərə iyul ayı üzrə müddətli əlavələr ödənildi
Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələri üzrə 166 tibb işçisinə vahid tarif (vəzifə) maaşının 4 misli həcmində 298 min manat vəsait ödənilib. Bu işçilər bioloji yaxmanın laborator müayinəsi ilə məşğul olan Xüsusi Təhlükəli infeksiyalara Nəzarət Mərkəzi və onun regional bölmələri, eləcə də Məhkəmə Tibbi Ekspertiza və Patoloji anatomiya Birliyinin işçiləri olub.
Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələri üzrə 1076 işçiyə vahid tarif (vəzifə) maaşının 3 misli həcmində 755 min manat vəsait ödənilib. Bu işçilər Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin, rayon və şəhər gigiyena və epidemiologiya mərkəzinin, Bakı şəhər Dezinfeksiya Mərkəzinin, Sanitar Karantin Mərkəzinin tibbi profilaktik tədbirləri həyata keçirən həkim, orta tibb heyəti, o cümlədən dezinfektorlar və digər işçilər olub.
Qeyd edilən işçilərin əmək haqlarına müddətli əlavələr yeni növ koronavirus infeksiyası ilə mübarizəyə cəlb edilmiş iş vaxtına mütənasib olaraq ödənilib.
Məlumat üçün bildirək ki, dövlət tibb müəssisələri tərəfindən göndərilən siyahılara uyğun olaraq Səhiyyə Nazirliyi tərəfindən avqust ayı üzrə də müddətli əlavələrin ödənilməsinə başlanılır.
Azvision.az
Teqlər: Səhiyyə-Nazirliyi Həkim İyul Ödəniş