Ombudsmana müraciət etmək istəyənlərin nəzərinə!
Çağrı Mərkəzinə müraciət üçün şəhər nömrələrindən 916, respublikanın regionlarından və mobil nömrələrdən isə 012-916 yığmaqla zəng etmək olar. Danışıqlar qeydə alınır və məlumat bazasına daxil edilməklə elektronlaşdırılır ki, bu da əvvəlki dövrdən fərqli olaraq, telefonla müraciət olunduqdan sonra yazılı müraciət istənilməsinə ehtiyac yaratmır.
Çağrı Mərkəzi yaradılarkən bu sahədə mövcud beynəlxalq və yerli müsbət təcrübələr öyrənilib, əməkdaşlara müvafiq təlimlər keçirilib, UNICEF-in Azərbaycan Ofisi və Baş Prokurorluqla əməkdaşlıq edilib.
Ombudsman tərəfindən tətbiq olunan bu yenilik insanların müraciət imkanlarının asanlaşdırılması və müraciətlərə baxılması işinin operativliyinin artırılması məqsədinə xidmət edir.
Azvision.az
Teqlər: Ombudsman-Aparatı Çağrı Mərkəz