Naxçıvanda sərnişin daşınmasından milyonlarla gəlir əldə edilib

Naxçıvanda sərnişin daşınmasından milyonlarla gəlir əldə edilib
  19 Sentyabr 2020    Oxunub:2723
Həyata keçirilən tədbirlərin və ən əsası əhalinin yaşayış səviyyəsinin davamlı yüksəlişinin nəticəsidir ki, 2020-ci ilin yanvar-iyul aylarında muxtar respublikada nəqliyyat sektorunda 9 milyon 96 min 900 ton yük, 56 milyon 284 min 600 nəfər sərnişin daşınıb.
Azvision.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.

Qeyd edilib ki, 2010-cu ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 55,2, sərnişin daşınması isə 58,7 faiz artıb.

Yük və sərnişin daşınmasından, bütövlükdə, 28 milyon 932 min 200 manat gəlir əldə olunub ki, bu da 2010-cu ilin müvafiq dövrü ilə müqayisədə 52 faiz çoxdur.

Muxtar respublikada müasir yol-nəqliyyat sisteminin qurulması, nəqliyyat sektorunun səmərəli idarə olunması məqsədilə 2020-ci ilin yanvar-iyul aylarında bu sahəyə 41 milyon 169 min 400 manat vəsait yönəldilib.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Naxçıvan   Sərnişin   Yük  





Xəbər lenti