Bulvarda özünü dənizə atan şəxs xilas edildi

Bulvarda özünü dənizə atan şəxs xilas edildi
  20 Sentyabr 2020    Oxunub:3939
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən Dənizkənarı Milli Parkda 1 nəfərin özünü dənizə atması barədə məlumat daxil olub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşı xilas edərək aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az


Teqlər: FHN   Bulvar   Dəniz  





Xəbər lenti