Qanunsuz ov edənlər cərimələndi

Qanunsuz ov edənlər cərimələndi
  21 Sentyabr 2020    Oxunub:1902
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Şamaxı rayonunun Qızmeydan kəndi yaxınlığında qanunsuz ov edən şəxslər saxlanılıb.
Azvision.az xəbər verir ki, bunu Xidmətin rəis müavini Bəhruz Məhəmmədov bildirib.

Onun sözlərinə görə, araşdırma zamanı brakonyerlərin Bakı şəhər sakini Xamis İsayev, Şamaxı rayon sakinləri Habil Əliyev, Tofiq Məhərrəmov olduğu məlum olub və onlardan ov tüfəngləri götürülüb.

Faktla bağlı qanun pozucuları barəsində protokol tərtib edilib və hər biri 1000 manat məbləğində cərimə olunub.

Azvision.az



Teqlər: Şamaxı   Ov  





Xəbər lenti