Biləsuvarda maşın aşıb, iki nəfər ölüb

Biləsuvarda maşın aşıb, iki nəfər ölüb
  21 Sentyabr 2020    Oxunub:2412
Biləsuvarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, sentyabrın 20-də saat 4 radələrində Biləsuvar rayonunun Nərimankənd kəndi ərazisində şəhər sakini Kamal Ağazadə idarə etdiyi “Niva” markalı avtomobili aşırıb.

Nəticədə sürücü və sərnişini - həmyerlisi Çinarə Abbasova hadisə yerində ölüblər. Biləsuvar RPŞ tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   Qəza  





Xəbər lenti