Nəqliyyat Nazirliyi olimpiya oyunlarına hazrlaşır

Nəqliyyat Nazirliyi olimpiya oyunlarına hazrlaşır
  29 Yanvar 2014    Oxunub:1575
2015-ci ildə Bakı şəhərində keçiriləcək Birinci Avropa Olimpiya Oyunları ilə əlaqədar 27 yanvar 2014-cü il tarixində Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzində nəqliyyat məsələləri üzrə işçi qrupun ilk iclası keçirilib
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən AzVision.az-a verilən məlumata görə, Bakı 2015 Avropa Olimpiya Oyunlarının Əməliyyat Komitəsində Nəqliyyat departamentinin direktoru Panayotis Protopsaltis çıxış edərək Nəqliyyat Nazirliyinin rəhbərliyinə Nəqliyyat məsələləri üzrə işçi qrupun təsis olunmasına görə dərin minnətdarlığını bildirərək, Bakıda keçiriləcək ilk Avropa Olimpiya Oyunları ilə bağlı “Nəqliyyatın təşkilinin təsviri və gələcək addımlar” adlı təqdimat mərasimini təqdim edib.

Bu təqdimatda o, oyunlarla bağlı tələblər, nəqliyyatın təşkili işinin əhatə sahəsi, əsas çətinliklər, oyunlara müvafiq yol şəbəkəsi, ictimai nəqliyyat resursları və s. barədə geniş məlumat verib.

Daha sonra təqdimatla bağlı müzakirələr aparılaraq, müəyyən qərarlar qəbul edilərək, işçi qrupun iclasının ayda 2 dəfə keçirilməsi nəzərdə tutulub.

AzVision.az


Teqlər:  





Xəbər lenti