Milli Parkda balıq ovlayan şəxs saxlanıldı
Keçirilən tədbir zamanı Masallı rayonunun Qızılağac kəndi istiqamətində Milli Parkın kiçik su sahəsində elektrik avadanlıqları ilə qanunsuz balıq ovlayan Masallı rayon sakini A.Həsənov saxlanılıb. Həmin şəxsdən ov zamanı istifadə etdiyi qayıq, elektrik avadanlıqları və ov zamanı istifadə etdiyi digər alətlər, həmçinin qanunsuz olaraq tutduğu balıqlar aşkar olunaraq götürülüb. A.Həsənovun təbiətə 1023 manat dəyərində maddi ziyan vurduğu müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.
Azvision.az