“Azərişıq” və “Azərenerji” birgə bəyanat yaydı

 “Azərişıq” və “Azərenerji” birgə bəyanat yaydı
  07 Oktyabr 2020    Oxunub:2208
Bu gün saat 12:20-də Bakının Yasamal rayonun ərazisində elektrik enerjisinin verilişində 3 dəqiqəlik qısa fasilə yaranıb və 12.23-də enerji bərpa edilib.
Azvision.az xəbər verir ki, bu barədə “Azərenerji” və “Azərişıq” səhmdar cəmiyyətlərinin birgə məlumatında deyilir.

Qeyd olunub ki, bu SCADA dispetçer sistemində aparılan yenidənqurma əməliyyatı ilə bağlı olub:

“Narahatçılığa heç bir əsas yoxdur, enerji təminatı ən yüksək səviyyədədir. Baş vermiş kiçik fasiləyə görə “Azərenerji” və “Azərişıq” səhmdar cəmiyyətləri abonetlərə üzürxaqlıq edir”, - məlumatda bildirilib.

Azvision.az


Teqlər: Azərenerji   Azərişıq   Yasamal  





Xəbər lenti