Gəncədə dağıntılar altından daha bir nəfərin meyiti çıxarıldı

 Gəncədə dağıntılar altından daha bir nəfərin meyiti çıxarıldı
  11 Oktyabr 2020    Oxunub:5036
İşğalçı Ermənistan silahlı qüvvələrinin cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binasını oktyabrın 11-də gecə saat 02 radələrində raket atəşinə tutması nəticəsində dağılan çoxmənzilli yaşayış binasının dağıntıları altında qalan sakinlərin çıxarılması işləri davam etdirilir.
Azvision.az AzərTAc-a istinadən xəbər verir ki, saat 10:20 radələrində daha bir sakinin cəsədi dağıntılar altından çıxarılıb.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, habelə 2020-ci il oktyabrın 10-da elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutmağa davam edir.

Azvision.az


Teqlər: Gəncədə  





Xəbər lenti