Bankların adından saxta məktublar göndərilir - Xəbərdarlıq
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara bildirir ki, bu məlumatlar həqiqəti əks etdirmir və təxribatdır. Düşmənin məqsədi dezinformasiya yaymaqla əhali arasında qorxu və təşviş yaratmaqdır.
Vətəndaşlardan bir daha xahiş olunur ki, tanımadıqları şəxslərdən gələn məlumatlara etimad etməsinlər və öncə məlumatların düzgünlüyünü rəsmi mənbələrdən yoxlasınlar.
Həmçinin vətəndaşlar hər hansı kiberinsidentlə üzləşdiklərində və ya metodiki dəstəyə ehtiyacları olduqda www.cert.az saytı və ya [email protected] e-poçtu vasitəsilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə müraciət etsinlər. Baş verən kiberinsidentlərlə bağlı ekran görüntülərini (screenshot) və digər elektron sübutları saxlasınlar və bizə göndərsinlər.
Azvision.az