Yeni körpünün tağ hissəsinin montajına başlanıldı - FOTO

Yeni körpünün tağ hissəsinin montajına başlanıldı -  FOTO
  14 Oktyabr 2020    Oxunub:2691
Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun Xırdalan dairəsi yaxınlığında yeni dəmir yolu körpüsünün metal konstruksiyalı aşırım tirlərinin montajı yekunlaşdırılaraq, tağ hissəsinin quraşdırılmasına başlanılıb.
Azərbaycan Avtomibil Yolları Dövlət Agentliyindən Azvision.az -a verilən məlumata görə, bundan öncə isə körpünün monolit dəmir-beton dayaqlarının inşası aparılaraq yekunlaşdırılıb.

Məlumatda deyilir ki, köhnə dəmiryolu körpüsünün dayaqları yolun hərəkət hissəsində avtonəqliyyat vasitələrinin normal və təhlükəsiz hərəkətinə maneə törətdiyi üçün köhnə körpünün sökülərək əvəzinə yeni biraşırımlı tağlı dəmir yolu körpüsünün inşa edilməsi ilə bağlı qərar qəbul edilib. Yeni körpünün uzunluğu 68,5 metr, eni isə 12,7 metr təşkil edəcək.





Azvision.az


Teqlər: Bakı   Sumqayıt   Yol   Körpü  





Xəbər lenti