Bu günə olan hava proqnozu
Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 50-60 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-15, gündüz 23-28, dağlarda gecə 5-10, gündüz 16-21 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza əsasən, oktyabrın 17-18-də Abşeron yarımadasında meteoroloji amillərin zəif, mülayim tərəddüdü və iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Azvision.az