Azərbaycanda daha 792 nəfər COVID-19-a yoluxdu

 Azərbaycanda daha 792 nəfər COVID-19-a yoluxdu
  24 Oktyabr 2020    Oxunub:3644
Azərbaycan Respublikasında koronavirus infeksiyasına 792 yeni yoluxma faktı qeydə alınıb, daha 220 nəfər sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 49 min 13 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 41 min 51 nəfər müalicə olunaraq sağalıb, 664 nəfər vəfat edib. Aktiv xəstə sayı 7298 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 281 min 997 test aparılıb. Bugünkü test sayı isə 11353-dir.

Azvision.az


Teqlər: Koronavirus  





Xəbər lenti