Bakıda evdən 30 minlik oğurluq olub

Bakıda evdən 30 minlik oğurluq olub
  28 Oktyabr 2020    Oxunub:1874
Bakıda mənzildən 30 min manatlıq oğurluq olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsi 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 23-də rayon ərazisindəki evlərin birindən 750 manat, 2 000 ABŞ dolları, 6 600 manat dəyərində 2 ədəd televizor və 20 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən qrupun digər üzvü, Bakı şəhər sakini B.Hüseynov saxlanılıb.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti