Düşmən yenə Göygölə mərmi atdı, yanğın başladı
Həmçinin, Goranboy rayonunun ərazisinin düşmən tərəfindən ağır artilleriya qurğularından atəşlərə məruz qalması nəticəsində də meşəlik zonada yanğın baş verib. Yanğınların söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub, bu istiqamətdə təxirəsalınmaz tədbirlər davam etdirilir. Əlavə məlumat veriləcək.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi hazırda gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Baş verən hər hansı fövqəladə hadisə ilə əlaqədar Nazirliyin “112” qaynar telefon xətti”nə dərhal məlumat verilməsi xahiş olunur.
Azvision.az