Evdən icazəsiz çıxan koronavirus xəstələri saxlanıldı

Evdən icazəsiz çıxan koronavirus xəstələri saxlanıldı
  30 Oktyabr 2020    Oxunub:2353
Gəncə şəhər Baş Polis İdarəsinin (ŞBPİ) və onun tabe qurumlarının əməkdaşları koronavirusa yoluxmuş şəxslərin yaşadıqları evləri qanunsuz olaraq tərk etmələrinə qarşı tədbirləri davam etdirir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Azvision.az -a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən reydlər nəticəsində koronavirus testinin nəticəsi pozitiv çıxan şəhər sakini Vasif Ənvərlinin ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, özünəməxsus bərbərxanaya gəlib orada müştəri qəbul etməsi və beləliklə həmin müştərilərin sağlamlığını təhlükəyə atması aşkarlanıb.

Müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə V. Ənvərli yaşadığı evə göndərilib, onun barəsində Gəncə ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb.

Bundan başqa, Gəncə ŞBPİ-nin Nizami rayon Polis İdarəsinin əməkdaşları da koronavirus infeksiyasına yoluxan şəhər sakini Sadiq Abdullayevin ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadığı ünvanı tərk etməsini müəyyən ediblər. Polis əməkdaşları dərhal onun şəhər ərazisində yerini müəyyən edərək yaşadığı evə göndərib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Azvision.az


Teqlər: DİN   Koronavirus  





Xəbər lenti